İlon Mask Rusiya mediasını bloklamaqdan imtina edir 

Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları davam edərkən İlon Maskın “Starlink” şirkətindən də Rusiya mediasına qarşı senzurada iştirak etmək istənilib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, İ.Mask bu tələbi rədd edib. Gözləntilərə mənfi cavab verən sahibkar, "silah gücü olmadan bunu etməyəcəyik,  ifadə azadlığını mütləq şəkildə müdafiə etdiyim üçün üzr istəyirəm", - deyə bildirib.
Qeyd edək ki, İ.Mask bu həftə Ukraynaya şirkətin peyk əsaslı internet xidmətinə qoşulmaq üçün bir yük maşını ilə “Starlink” antenaları göndərib.

Çimnaz