Dünya təşvişdə!-  Nüvə silahı təhlükəsi... - İkinci “Çernobıl” fəlakəti!

Rusiya-Ukrayna müharibəsi nüvə silahı təhlükəsini yenidən gündəmə gətirib. 
Nüvə silahından istifadə ehtimalı ikinci “Çernobıl” fəlakəti qorxusu ilə dünyanı təşvişə salıb.
"Sherg.az"ın məlumatına görə, 80 ildir mövcud olan nüvə silahları bir çox ölkələr tərəfindən öz milli təhlükəsizliyini təmin edən çəkindirici təhlükə kimi qəbul edilir.
Dünyada nüvə silahına malik 9 ölkə məlumdur: Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, ABŞ və İngiltərə.

Dünyada ən çox Rusiyanım nüvə silahı var.

Rusiya ordusunun Ukrayna müharibəsi səbəbilə Prezident Vladimir Putinin xüsusi döyüş vəziyyətinə salınmasını əmr etdiyi nüvə silahlarının inventarında 6257 döyüş başlığının olduğu təxmin edilir.

ABŞ Rusiyadan sonra ən çox nüvə silahlı  ikinci ölkədir. Amerika ordusunun inventarında 5600 nüvə silahı məlumdur.

Çinin 350 nüvə silahının, o cümlədən uzaqmənzilli qitələrarası və 13 min kilometrlik ballistik raketlərin olduğu bildirilir.

Çindən sonra ən çox nüvə silahlı ölkə Fransadır. Fransa 1950-ci illərin sonunda nüvə silahı istehsal edib və 1960-cı ildə ilk bombanı sınaqdan keçirib.

Ölkənin ehtiyatında təxminən 290 nüvə silahı mövcuddur.

1952-1991-ci illər arasında İngiltərə 45 nüvə silahını sınayıb. Britaniyanın Strateji Müdafiə Sənədi, Böyük Britaniyanın milli təhlükəsizliyin təminatını əsas gətirərək, nüvə silahlarına malik olmağa davam etməyi tövsiyə verir. Böyük Britaniya 225 nüvə başlığına sahibdir.
Son illərdə Pakistan nüvə enerjisindən həm hərbi, həm də mülki məqsədlər üçün istifadə etməyə imkan verəcək texnologiya əldə etməyə çalışır. Məlumatlara görə, ölkə 165 nüvə silahına  malikdir.

Pakistanın ardıncı Hindistan gəlir.  Hindistan mülki nüvə enerjisi proqramında Rusiyadan yardım alır. Onun inventarında 160 silah var.

İsrail dünyada ciddi nüvə silahına sahib ölkələr sırasında hesab olunur. İsrailin nüvə silahlarının 30-a yaxınının döyüş təyyarələri tərəfindən daşınan idarə olunmayan bombalar, 60-a yaxınının isə orta mənzilli ballistik raketlərin daşıdığı döyüş başlığı olduğu təxmin edilir.

Nüvə marağı ilə tanınan, lakin ən az silaha malik Şimali Koreyanın inventarında  isə 45-ə yaxın nüvəsi var.
Mənbə: EN SON HABER