"Aeroflot" bütün beynəlxalq uçuşları dayandırır

Rusiyanın milli aviadaşıyıcısı - “Aeroflot” şirkəti martın 8-dən Belarusun paytaxtı Minsk istisna olmaqla bütün beynəlxalq uçuşları dayandıracaq.

“Report” bu barədə “RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, qərarın məqsədi Rusiyaya geri qayıdış reyslərindən istifadənin mümkünsüzlüyü ilə bağlı riskləri azaltmaqdır.