Ukraynada müharibədən zərər çəkən bir qrup sakin Rumıniya sərhədinə yola salınıb


Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan insanlar Rumıniya ilə sərhəddə yerləşən Çernovtsı şəhərinə yola düşüblər.

“Report” xəbər verir ki, bu şəxslər son günlər Ukraynanın bir neçə şəhərindən Poltava vilayətinin Kremençuk şəhərinə toplanmışdılar.

Həmin insanlar vaqonlarla ölkənin qərb sərhədinə yola salınıblar, Çernovtsıdan da Avropa ölkələrinə keçid edəcəklər.