Rus gözəl Putinə səsləndi

“Lütfən, rus və qardaş xalqların hüzurunu pozan bütün əməliyyatları dayandırın” 

   Futbol üzrə Dünya Kubokunun (2018) ən cazibədar tərəfdarı seçilmiş rus model Mariya Liman Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə gündəmə gəlib. Mdelin sosial şəbəkədəki “Müharibə olmasın artıq!” paylaşımı pərəstişkarları və əksər sosial media istifadəçiləri tərəfindən yekdilliklə bəyənilib. 

Mariya Liman 2 cizgi filmi xarakterinin Rusiya və Ukrayna dövlət bayraqlarına bürünmüş karikaturalarını paylaşıb. Və “Möcüzələrə inanıram” sözlərini əlavə edib.

Bunun ardınca model bir video da yayımlayıb və Putinə səslənib: “Başımın üzərində sakit bir səma istəyirəm. Rus olduğumdan qürur duymaq istəyirəm. 

Rusiyanın dünya mirası, güclü iqtisadiyyatı, olimpiya çempionları, mədəniyyətiylə qürur duymaq istəyirəm. Dünya tarixində bu şəkildə yer almaq istəmirəm. Qərb dünyasındakı təpkilər çox acı verir. Hər zaman gülümsəməklə qarşılanan bir xalqdıq. Yenidən sevilmək istəyirəm”. 

Prezident seçkilərində Putinə səs verdiyini  xatırladan Liman  dövlət başçısından müzakirə masasında anlayışlı addımlar atması üçün xüsusi xahiş edib: Biz bənzərsiz insanlarıq. İstedadlı, ağıllı, digərlərindən öndə, mərd, nəşəli, kübar!.

 Əlbəttə, belə bir böyük ölkəni idarə etmək haqqı hər kəsə verilmir. Putin, sizə və sərrast düşüncənizə inanırıq. Lütfən, rus və qardaş xalqların hüzurunu pozan bütün əməliyyatları dayandırın. 

Müzakirə masasına əyləşin və doğru ifadələri tapın. Siz necə müzakirə etməyi bilirsiniz. Çox acı çəkirik!”.