Rus oliqarxların 115 milyon avroluq yaxtaları müsadirə edildi

Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar acı nəticələrini büruzə verməkdədi. Bu dəfə rus oliqarxların İtaliya limanlarındakı milyon avroluq yaxtalarına “əl qoyulub”.  Yaxtalar Aleksey Mordaşov və Genadi Timçenkoya məxsus idi. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, xəbəri BBC yayıb. Xəbərdə qeyd olunur ki, İtaliya hökuməti ölkənin şimalında yerləşən “İmperiya” limanındakı “Lady M” adı verilən yaxtanı müsadirə edib. Yaxtanın qiyməti 65 milyon avrodur. Rusiya Prezidenti Putinə yaxınlığı ilə tanınan G.Timçenkonun “Lena” yaxtası isə San-Remo limanında imiş. Yaxtanın qiymətinin 50 milyon avro dəyərində olduğu bildirilir. Bu yaxtaya da İtaliya hökuməti “əl qoyub”. “Forbes”ə görə, Mordaşov 29 milyard dollarlıq sərvətiylə 2021-ci ildə Rusiyanın ən varlı adamı olub. Timçenkonun sərvəti isə 22 milyard dollardır.