Ukraynanın İrpen şəhərində təxliyə zamanı əhaliyə atəş açılıb, ölənlər var

Ukraynanın İrpen şəhərində təxliyə zamanı mülki əhaliyə atəş açılıb.
"Report" UNİAN-a istinadən xəbər verir ki, rus hərbçiləri İrpen şəhərinin kənarında dinc sakinləri atəşə tutub.
İkisi uşaq olmaqla azı üç nəfər həlak olub.
Daha bir nəfər xəsarət alıb, vəziyyəti ağırdır.