Putindən göstəriş:“Xaricdən gəlib döyüşmək istəyənləri döyüşə cəlb edin"


Rusiya prezidenti Vladimir Putin müharibəyə könüllülərin cəlb edilməsi ideyası ilə razılaşıb.

“Sherg.az” xarici  KİV-ə istinadən xəbər verir ki, V.Putin bu barədə Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə danışıb:

"Əgər görsəniz ki, pul üçün yox ,könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən insanlar var, onda onları yarı yolda qarşılamaq və döyüş bölgəsinə köçməsinə kömək etmək lazımdır".

O, bildirib ki, qarşı tərəf normalara zidd olaraq bu addımları atır:

 "“Qərb sponsorları” münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər. Onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər”.

Rusiya müdafiə naziri Sergey Şoyqu bugünkü iclasda qeyd edib ki, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasına  16 mindən çox oxşar müraciət daxil olub. Onların əksəriyyəti Yaxın Şərq ölkələrindəndir.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyev tərəfində münaqişədə iştirak etmək istəyən əcnəbilərdən 20 minə yaxın müraciətin olduğunu bildirib.

Çimnaz