Ukraynadan açıqlama: Müharibə bu tarixdə bitəcək


Ukrayna Rəyasət Heyətindən münaqişə ilə bağlı yeni açıqlama verilib.

"Sherg.az" "cnnturk"ə istinadən xəbər verir ki, Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç Rusiyanın döyüş resurslarının tükənəcəyini bildirib:

“Rusiyanın Ukraynaya qarşı başladığı müharibə may ayında bitə bilər.  Hətta daha erkən də ola bilər”.

Arestoviç iki ölkə arasında sülhün vacibliyini də vurğulayıb. Həmçinin qeyd edib ki, iki ölkə arasında sülh olsa belə, atəşkəsin pozulması halları 1 il davam edə bilər.