Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Boo Seung-chan bu gün keçirdiyi brifinqdə ölkənin Ukraynaya hərbi təchizat göndərəcəyini bildirib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, nazirlik rəsmisi təsdiqlədi ki, tədarüklər təxminən 800min dollar dəyərində olacaq. Gülləkeçirməz dəbilqələr, çadırlar, ədyallar, çarpayılar, tez xarab olmayan hərbi qida dəstləri, ilk yardım vasitələri və dərmanlardan ibarətdir.
Boo əlavə edib ki, çatdırılma logistikası hələ yekunlaşdırılmayıb.