Dnepr hava limanı Rusiyanın raket zərbəsinə məruz qalıb.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenkonun sözlərinə görə, bir gecədə iki Rusiya raketi Ukraynanın şərqindəki Dnepr hava limanına düşüb. Uçuş-enmə zolağı istifadədən çıxarılıb və terminal binasına ziyan dəyib.
Rezniçenkonun Feysbuk səhifəsində yayılan məlumatda bəyan edilir:
“Dağıntı geniş miqyaslıdır. Yenidənqurma uzun vaxt aparacaq”.
Hər hansı itkidən bəhs edilməyib.