BMT Təhlükəsizlik Şurası Ukraynadakı humanitar vəziyyətlə bağlı bu gün iclas keçirəcək.
"Sherg.az" CNN"ə istinadən xəbər verir ki, bu barədə Norveçin Nyu -Yorkdakı BMT nümayəndəsi öz tvitində qeyd edib. Görüş ABŞ, Albaniya, Böyük Britaniya, Fransa, İrlandiya və Norveç tərəfindən tələb olunub.
BMT-nin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Departamenti, BMT-nin Qaçqınlar üzrə Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı sessiyanın əvvəlində brifinq keçirəcəklər.