Ukraynalı nazir Kremli sərt tənqid edib.
“Sherg.az” xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiyanın məqsədinin Ukraynanı məhv etmək olduğunu vurğulayıb və Mariupolda ukraynalılara qarşı soyqırım törədildiyini bəyan edib.
Rusiya administrasiyasını sərt şəkildə tənqid edən Reznikov Kremli “günümüzün Hitleri” adlandırıb və Avropa İttifaqının Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar kimi tanımalı olduğunu deyib.
Ukraynalı nazir bəyan edib ki, 3 milyondan çox qaçqın bu müharibədən xilas olmağa çalışır.