IELTS ingilis dili test sisteminin sahibləri Rusiyada imtahanlara qeydiyyatı dayandırmaq qərarına gəliblər.
Bu barədə “IELTS Students International” beynəlxalq imtahan mərkəzinin saytında dərc olunan məlumatda qeyd edilir.
“2022-ci il martın 17-dən Rusiyada heç bir IELTS imtahanına qeydiyyatdan keçmək mümkün deyil. Sonuncu kağız üzərində imtahan 19 mart 2022-ci il tarixində baş tutub”, - deyə bildirilir.
Mənbə: Komsomolskaya Pravda