"Rusiya Federasiyasının aviaşirkətlərinin 78 təyyarəsi xarici ölkələrdə həbs olunub".
Milli.Az İnterfaks-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev Federasiya Şurasının iqtisadi siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, təyyarələrin həbs olunma səbəbi Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalardır.
"Təyyarələr bizə dost ölkələrin ərazilərində belə, həbs olunur. Təyyarələrin satın alınması ilə bağlı Qərbdəki lizinq şirkətləri ilə danışıqlar aparmağa çalışırıq. Lakin onlar danışıqlara getmirlər Belə şəraitdə aviaparkımızı Rusiya reyesterinə keçirməyə başlamışıq. Artıq təqribən 800 təyyarə Rusiya reyesterinə keçirilib, onları Rusiyadakı sığorta şirkətlərində sığortalayırıq.
Qərbdəki lizinq şirkətləri isə bizdən təyyarələri geri istəyirlər. Biz təyyarələri satın almaq istədiyimizi deyirik, onlar razılaşmırlar. Amma ümidimizi itirmirik və təyyarələri vermirik. Çünki təyyarələri onlara vermək özümüzü aviasiyasız qoymaq deməkdir", - V. Savelyev söyləyib.
Onun sözlərinə görə, uçuşlar davam edir, lakin müəyyən müddətdən sonra təyyarələr üçün ehtiyat hissələri gərəkdir. Çıxış yolu axtardıqlarını deyən nazir uzun illərdən bəri sanksiyalar altında olan İranın təcrübəsindən yararlana biləcəkğlərini vurğulayıb.