Rusiya hərbçiləri ötən gecə Donetsk vilayətinin mərkəzi hissəsini atəşə tutublar, Maryinka, Krasnoqorovka və Novomixaylovkada fosfor mərmiləri tətbiq edilib.
Bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində 11 nəfər yaralanıb, onlardan dördü azyaşlıdır.
Mənbə: Pravda