Müharibənin davam etdiyi 35 gün ərzində Rusiya ordusu Xarkovda yaşayış evlərinin 15 faizini məhv edib.
Bu barədə Xarkov meri İqor Terexov bildirib.
“Müharibənin 35 günü ərzində Xarkovda 1531 obyekt, o cümlədən 1292 yaşayış evi dağıdılıb. Rusiya ordusu 76 məktəb, 54 uşaq evi, 16 xəstəxananı dağıdıb. 239 inzibati bina xarabalığa çevrilib”, - deyə Xarkov meri qeyd edib.
Mənbə: Pravda.com