G7 ölkələri Rusiyanın qaza görə ödəniş şərti ilə razılaşmır

Fransa və Almaniya Rusiyadan qaz idxalına görə rublla ödəniş tələbini rədd edir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə belə bir tələbi müqavilənin yolverilməz pozuntu və şantaj olaraq dəyərləndirib.
“G7-nin açıqlamasını xatırlatmaq istərdim. Qaz ödənişini başqa valyutada etmək tələbini qəbul etməyəcəyik. Müqavilədə belə bir şey yoxdur. Müqavilə imzalanıbsa, yerinə yetirilməlidir”, - Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer bildirib.