İordaniya kralının qardaşı şahzadə titulundan imtina edib

İordaniya kralı II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn şahzadə titulundan imtina edib.

"Report"un xəbərinə görə, bu barədə o, tviterdə yazıb.

Həmzə bin Hüseyn paylaşımında ​“İordaniyaya sadiq qaldığını və şəxsi həyatında Vətənə və xalqa xidmət edəcəyini qeyd edib.

Martın əvvəlində İordaniya kralı şahzadə Həmzədən 2021-ci ildə iğtişaşları qızışdırmaq planında iştirak etməsinə dair etiraf məktubu alıb. Bildirilirdi ki, şahzadə Həmzə krala zərər vuran əməllərindən peşman olub. İordaniya Kralı Dəftərxanasının sitat gətirdiyi mesajın mətnində deyilir: “Mən səhvimi etiraf edirəm və İordaniya xalqından, kral ailəsindən üzr istəyirəm”.