Macarıstanda parlament seçkiləri başa çatıb

Macarıstanda birpalatalı parlamentə seçkilərdə səsvermə başa çatıb.

“Report” yerli MTI agentliyinə istinadən xəbər verir ki, seçkilərin nəticəsinə uyğun olaraq Baş nazir məlum olacaq və ölkənin yeni hökuməti formalaşacaq.

Agentliyin məlumatına görə, səhər saat 6:00-dan açıq olan seçki məntəqələri bazar günü yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanıb.

Milli Seçki Bürosunun son məlumatlarına görə, məntəqələrin bağlanmasına üç saat qalmış seçici fəallığı 63 % təşkil edib. Beləliklə, son nəticələr 2018-ci ildə Macarıstanda keçirilən son parlament seçkilərindən yüksək ola bilər. Həmin vaxt bu rəqəm 70 faiz təşkil edirdi.

Seçicilərin yüksək fəallığı macar politoloqları təəccübləndirmir. Seçki kampaniyası zamanı həm iqtidar, həm də müxalifət seçkilərdə iştirakın həddən artıq yüksək olduğunu bəyan edib: söhbət Rusiyanın qonşu dövlət Ukrayna ərazisində müharibəni davam etdirdiyi bir vaxtda ölkənin növbəti dörd il üçün siyasətinin seçimindən gedir.

Seçkilərin nəticələrinə əsasən 199 nəfər deputat seçiləcək. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyası və onların kiçik tərəfdaşları xristian demokratlar altı partiyanın koalisiyası ilə müxalifətdədir.