Litva xarici işlər naziri Qabrielius Landsbergis ölkəsinin Rusiyadakı səfirini geri çağırdığını bəyan edib.
Landsbergis bildirib ki, Litva səfiri Eytvidas Bayarunas tezliklə Moskvanı tərk edəcək. XİN rəhbəri həmçinin respublika hökumətinin Rusiya ilə diplomatik təmsilçilik səviyyəsini aşağı salmaq qərarına gəldiyini və Rusiya səfiri Aleksey İsakova ölkəni tərk etmək göstərişi verdiyini açıqlayıb.
O, Rusiyanın Klaypedadakı konsulluğunun bağlanacağını da əlavə edib.
“İnterfaks”