Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, bu sanksiyalar neft və qaz sahəsilə bağlı ola bilər.
Bununla yanaşı, Makron qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı məsələlər Aİ tərəfdaşları ilə müzakirə edilməlidir.
Mənbə: İnterfaks