Livan Baş nazirinin müavini Saad Əl-Şami dövlətin və ölkənin mərkəzi bankın müflis olduğunu elan edib.
“Bu, artıq baş verib. Biz itkinin maliyyə institutları arasında necə bölüşdürməyi və vətəndaşlara dəyən zərəri necə azaltmağın yolları haqqında düşünməliyik”, - deyə Livanın dövlət rəsmisi vurğulayıb.
Qeyd edək ki, Livan 2019-cu ildən bəri uzun sürən iqtisadi böhran içərisindədir.
Livan valyutası dəyərinin 90%-dən çoxunu itirib, əhalinin 80%-i yoxsulluq həddinin altındadır.
Mənbə: Al Jadeed telekanalı