Əsəd rejiminin kütləvi qətliamı - Şok video

Sosial mediada Bəşər Əsədin muzdluları və əsgərləri ilə birlikdə Suriyada SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dost və müttəfiqlərinin cinayətinə dair video yayılıb.

Axar.az xəbər verir ki, onlar İŞİD-ə qarşı döyüşmək və dinc sakinləri öldürmək bəhanəsi ilə Suriyada "hərəm müdafiəçiləri" adlandırılan qüvvələrin mövcudluğuna haqq qazandırırlar.

Bəşər Əsəd qüvvələri tərəfindən dinc sakinlərin öldürülməsinə dair "Qardian" nəşri tərəfindən 2013-cü ildə yayımlanan videoda qatillər arasında Mustafa Sədrzadə adlı iranlının üzü də görünür.

Qeyd edək ki, Sədrzadə 2015-ci ildə Hələbdə öldürülüb.