Ermənistanda hökumət əleyhinə hərəkatın rəhbəri keşiş Baqrat Qalstanyan sentyabrın 22-də nəzərdə tutulan həlledici toplantı ərəfəsində sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşüb.
APA xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Keşişin terrorçu sabiqlərlə hansı məsələləri müzakirə etdiyi açıqlanmır.
Erməni mənbələri onu da yazır ki, keşiş Baqratın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşü hələlik alınmayıb.
Qeyd edək ki, Baqrat Qalstanyan sentyabrın 22-nə tərəfdarları ilə Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində toplantı təyin edib.
Keşiş bildirib ki, həmin toplantıda Paşinyan hakimiyyətinin dəyişdirilməsi üçün hərəkatın bundan sonrakı fəaliyyət istiqamətləri müəyyən ediləcək.