Çexiya prezidenti kömürdən istifadədən imtina prosesini tələsik hesab edir

Çexiya prezidenti Miloş Zeman Ukrayna hadisələri fonunda yaranmış vəziyyətdə Çexiyanın kömürdən tələsik imtina etməsini yersiz hesab edir.

Trend-in məlumatına görə, bu barədə Çexiya prezidenti "CNN Prima news" telekanalının efirində deyib.


"Bu prosesi daha uzun müddətə uzatmaq yaxşı olardı. Bu halda söhbət təkcə kömürdən yox, həm də istilik elektrik stansiyalarından gedir. [Əhalinin] istiliklə təminatı əsas məsələdir", - deyə M.Zeman bildirib.