Arestoviç: "Mariupol uğrunda döyüşlərdə Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb"

Ukraynada Mariupol uğrunda küçə döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb.

24News.ge xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

"Zərərsizləşdirilən hərbçilər arasında ən yaxşı kadrlar olub - xüsusi təyinatlılar, tank alayları, dəniz piyadaları və s”, - deyə o bildirib.

Onun sözlərinə görə, qarşıdakı üç gün Rusiyanın Lisiçansk və Severodonetski mühasirəyə almasının nəticələrini görəcək.

Qeyd edək ki, bir neçə ay tam mühasirədə vuruşan Mariupolun müdafiəçiləri daha sonra təslim oldular. Bu gün Fransa və Almaniya liderləri Rusiya Prezidenti Vladimir Putindən 2 500 ukraynalı müdafiəçini azad etməyi tələb ediblər.