Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 16 terrorçunu zərərsizləşdirib


Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG terror təşkilatının 16 silahlısını zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, silahlılar Türkiyə Silahlı Qüvvələrinin anti-terror əməliyyatları apardığı “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” ərazilərini atəşə tutub.