Qazaxıstanda referendumda seçicilərin 65,04 faizi iştirak edib

Qazaxıstanda yerli vaxtla saat 18:00 üçün konstitusiya referendumunda seçici fəallığı 65,04 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Referendum Mərkəzindən bildiriblər.

Məlumata əsasən, ən yüksək fəallıq Türküstan vilayətində qeydə alınıb - 78,24%. Nur-Sultanda seçicilərin 53,87 faizi, Almatıda isə 29,82 faizi seçki məntəqələrinə gəlib ki, bu da respublika üzrə ən aşağı göstəricidir.


Bildirilib ki, indiyədək 11 722 536 referendum iştirakçısından 7 624 641 nəfər səs verib.