Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymun çiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymun çiçəyi hadisəsi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə özünü büruzə verib.
Ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).
Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.