Mariupolda insanlara su verilmir, növbələr yaranıb

Mariupolda insanlar içməli su əldə etmək üçün ən azı iki gün növbəyə durmalı olurlar.

Sherg.az  Axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol merinin müşaviri Pyotr Andryuşenko Teleqram kanalında yazıb.

"İndi ən yaxşı halda iki gündən bir su verilir. Əsas səbəb təbii suqəbuledici mənbələrdə suyun səviyyəsinin aşağı düşməsidir", - Andryuşenko bildirib.