Aİ-nin ali nümayəndəsi koronavirusa yoluxub

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin koronavirus testinin nəticəsi müsbət olub.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi sosial şəbəkə hesabında yazıb.

"Mənim COVID-19 üçün testim müsbət oldu. Özümü yaxşı hiss edirəm", - Borrel tviterdə yazıb.

O, hazırda özünü təcrid vəziyyətində olduğunu bildirib.