İlon Mask 17 milyard dollar itirib

Dünyanın ən varlı insanları siyahısında adı ilk sırada yer alan İlon Mask səhmlərini itirir.

Axşam.az xəbər verir ki, onun sahibi olduğu "Tesla" şirkətində ixtisarların başladığı haqda məlumat yayılıb. Maskın sərvəti bu günlərdə 17 milyard dollar azalıb.

İş adamı maddi durumun pisləşdiyini və işçilərin 10%-ni ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu məlumatın ictimai sahəyə çıxmasından qısa müddət sonra "Tesla"nın səhmləri 9,2% ucuzlaşıb.