Dmitro Kuleba Makronu sərt tənqid edib

Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı açıqlamalarına Ukraynadan çox sərt reaksiya gəlib.
Sherg.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı açıqlamasına münasibət bildirib.
Fransa prezidenti E.Makron dünənki açıqlamasında: “Biz Rusiyanı aşağılamamalıyıq ki, müharibə dayanan gün diplomatik yolla çıxış yolu quraq. Fransanın rolunun vasitəçi olduğuna inanıram” - deyib.
“Rusiyanı alçaltmaqdan çəkinməyə çağırışlar yalnız Fransanı və bu çağırışı edən hər hansı digər ölkəni aşağılaya bilər. Özünü alçaldan Rusiyadır. Biz hamımız Rusiyanın necə mövqe tutacağına diqqət yetirməliyik.” - deyə xarici işlər naziri Kuleba sosial media hesabından açıqlama verib.
Onu da qeyd edək ki, Makron açıqlamasında Rusiya prezidenti Vladimir Putinin "Ukraynanı işğal etməklə tarixi və əsaslı səhvə yol verdiyini" də dilə gətirib.

Lətif İsmayılov