İlon Mask bir gündə 16,7 milyard dollar itirdi

Dünyanın ən zəngin adamı olan İlon Maskın göndərdiyi elektron məktub bir gündə 16,7 milyard dollar itirməsinə səbəb olub.

Sherg.az xəbər verir ki, "Tesla"nın CEO-su olan İlon Mask şirkətin yüksək səviyyəli rəhbərlərinə elektron məktub göndərərək iqtisadi səbəblərə görə işçilərin sayının azaldılacağını bildirib.
Bu məktubdan sonra "Tesla" səhmləri 9,2 faiz dəyər itirib.
"Bloomberg"in məlumatlarına görə, Maskın sərvəti dünən 16,7 milyard dollar azalaraq 211 milyard dollar olub.
Dünyanın ən varlı adamı olan Mask üç gün əvvəl şirkət işçilərinə göndərdiyi elektron məktubda “ya işə qayıdın, ya da işdən çıxın” deyərək ultimatum qoyub.
"Tesla"nın tənzimləyici quruma göndərdiyi illik bildirişə görə, 2021-ci ilin sonuna qədər şirkət və onun bütün bölmələrində ümumilikdə təxminən 100.000 nəfər çalışıb.
Qeyd edək ki, şirkətdə 7 aylıq itkinin həcmi 500 milyard dolları keçib.

Lətif İsmayılov