“İşğalçılar ukraynalıları Rusiya pasportu almağa məcbur edirlər” - VİDEO


Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Zaporojye və Xersonda yaşayan ukraynalılar Rusiya pasportu almağa məcbur edilir.
“Əhalinin bundan imtina etməsi toqquşmaya səbəb olub. Mülki əhali arasında xəsarət alanların olduğu bildirilir”, - deyə qeyd edilib.
Həmçinin bildirilib ki, Ukraynada taxıl ən çox Xerson və Nikolayevdə əkildiyi üçün Rusiya ordusu əsasən həmin əraziləri hədəfə alır.
Ətraflı süjeti təqdim edirik: