“Təklif edirəm ki, Türk dünyasında ortaq əlifba və dərsliklər qəbul edilsin. Bu proseslər nə qədər tez keçilsə, bizim xeyrimizədir"
İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.Qəbulda konsert proqramı təqdim olunub. Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər. Qarşılıqlı söhbət zamanı Prezident İlham Əliyev qeyd edib:
“Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz. Prezidentlərin səmimi söhbəti , danışarkən tərçüməçiyə ehtiyac duymuruq sözləri xalqda qurur doğurub və hər iki dövlətin etnik , mədəni baxımından bir-birinə yaxın olduğunu bir daha sübut edib”.
Səfərin vacibliyini "Sherg.az"a dəyərləndirən türkoloq-alim, professor Firudin Cəlilov qeyd edib ki, Özbəkistanla Azərbaycanın yaxınlaşması Turana doğru gedən cığırlardan biridir:
"Prezidentimiz Özbəkistan da təmtəraqla qarşılaşması onun göstərdi ki, aramızdakı 30 illik soyuqluq sona çatıb. Özbəkistan prezidenti Şavkat Miromonoviç milli adamdır və onun apardığı siyasət özbək xalqının xeyirinədir. Hər iki ölkənin prezidentinin isti münasibəti çox gözəl haldır. Özbəkistanda bir neçə dialekt var. O dilektlərdən biri bizim dilə çox oxşayır və biz bir-birimizi çox yaxşı başa düşürük. Təklif edirəm ki, Türk dünyasında ortaq əlifba və dərsliklər qəbul edilsin. Bu proseslər nə qədər tez keçilsə, bizim xeyrimizədir".