Nyu-Yorkda avtomobil 6 nəfərə xəsarət yetirib

Nyu-Yorkun Bruklin məhəlləsində avtomobilin izdihama çırpılması zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, polisin təqibindən qaçan avtoxuliqan piyadaların olduğu səkiyə çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər ağır travma alıb. Xəsarət alanlardan biri uşaqdır. Daha bir nəfərin zədəsi yüngül olduğu üçün ilkin tibbi yardımdan sonre evə buraxılıb.

Qəzanı törədən sürücü saxlanılb.