Conson  baş nazir postunda  azı 10 il qalmağı düşünür

Böyük Britaniyanın baş naziri Boris Conson 2030-cu illərin ortalarına qədər vəzifəsində qala biləcəyini düşünür.

Trend xəbər verir ki, bu barədə "The Independent" qəzeti yazır.

Bildirilir ki, baş nazir bunu Ruandada Millətlər Birliyinin zirvə görüşündə bəyan edib.


"Mən üçüncü dəfə seçilmək və ondan sonra nə baş verə biləcəyi haqqında düşünürəm. Amma bunu vaxtı gələndə qiymətləndirəcəm", - baş nazir qeyd edib.

Böyük Britaniyanın baş nazirinin səlahiyyət müddəti parlament və ya kraliça tərəfindən xitam verilmədiyi halda, beş ildir. Britaniyada növbəti parlament seçkiləri 2025-ci il yanvarın 24-dən gec olmayaraq keçirilməlidir.