İranda əcnəbilər üçün daxili reyslər dollarla hesablanacaq

İranda daxili reyslər üçün aviabiletlərin qiymətləri ilə bağlı yeni qaydalar tətbiq edilib. Qaydalara əsasən əcnəbilər üçün daxili reyslər dollarla hesablanacaq.

"Report" İRNA-ya istinadən xəbər verirki, bu barədə İran Hava Yolları Assosiasiyası məlumat yayıb.

Belə ki, daxili reyslərdə xarici vətəndaşlar gediş haqqını artıq ABŞ dolları ilə ödəyəcəklər.

Bir saatdan az daxili reyslər üçün 100 dollar, bir saatdan artıq uçuşlar üçün isə 150 ​​dollar müəyyən edilib.