Türkiyənin “Azov Konkord” yük gəmisi Mariupoldan Novorossiysk limanına gəlib

Türkiyənin “Azov Konkord” yük gəmisi iyunun 25-də Ukraynanın Mariupol şəhərindən Rusiyanın Novorossiysk limanına gəlib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, gəmi öz yükünü götürdükdən sonra səhərisi gün, iyunun 26-da Türkiyəyə yola düşüb.

“Azov Konkord” gəmisinin yükü kömür olub. Yükləmə zamanı heç bir insident baş verməyib.