ABŞ Ukraynaya 1,7 milyard dollar məbləğində qrant yardımı ayırıb.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviter səhifəsində məlumat verib.
Bu, ABŞ-ın son iki həftədə ayırdığı ikinci qrantdır, yardımın məbləği 3 milyard dollar təşkil edib.
“Ukrayna büdcəsinə Dünya Bankının Etimad Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 1,7 milyard dollar qrant yardımı daxil olub. Bu, ABŞ-ın son iki həftədə ikinci qrantıdır, qrantın ümumi məbləği 3 milyard dollar təşkil edib”, - məlumatda deyilir.
Bu ilin may ayında Ukrayna büdcə kəsirinin maliyyələşdirilməsi üçün tələb olunan 5 milyard dollar əvəzinə beynəlxalq tərəfdaşlardan 2 milyard dollardan az vəsait almışdı. İyun ayında isə ABŞ Dövlət Departamentinin nümayəndəsi Derek Hoqan ABŞ-ın Ukrayna büdcəsini dəstəkləmək məqsədilə ayda 1,5 milyard dollar verməyi planlaşdırdığını bildirmişdi.