Türkiyə XİN İsveçə xəbərdarlıq etdi

İsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ona iyulun 21-də İsveçin Höteborq şəhərində terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının həyata keçirdikləri aksiya ilə bağlı xəbərdarlıq edilib.
Nazirlikdən baş verənlərin üçtərəfli memorandumda qeyd edilən öhdəliklərə zidd olduğu bildirilib.
Mənbə: TRT