Misirin Günəş tanrısı Ra məbədinin qalıqları tapıldı - FOTO


Misirdə beynəlxalq alimlər qrupu qazıntılar zamanı Günəş tanrısı Ranın qədim məbədinin xarabalıqlarını tapıblar.

Sherg.az report-a istinadən xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.

Məbəd Qahirədən təxminən 20 kilometr məsafədə, Əbu Qurab məbədi kompleksinin yanında aşkarlanıb. İlkin qiymətləndirmə tarixi obyektin təxmini yaşının 4 500 min ildən çox olduğunu ortaya qoyub. Məbədin inşası beşinci sülalə dövründə (e.ə. 2465-2323-cü illər), Ra kultunun populyarlığının zirvəsində baş verib.

Mütəxəssislər hesab edirlər ki, məbəd yeri itirilən dörd Günəş məbədindən biri ola bilər.