Antalyaya təyyarə ilə gələn turistlərin sayı 7 milyonu keçib

Türkiyənin Antalya şəhərinə gələn xarici turistlərin sayı 1 yanvar - 5 avqust tarixləri arasında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 91 faiz artıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, təyyarələr vasitəsilə bu günə qədər Antalya və Qazipaşa hava limanlarına 7 760 937 turist gəlib. Halbuki 2021-ci ilin eyni dövründə bu rəqəm 3 705 771 nəfər təşkil edib.

Eyni zamanda ötən il avqustun ilk 5 günündə Antalyaya hava yolu ilə daxil olan turistlərin sayı 311 089 olduğu halda, bu ilin eyni dövründə 388 431 olub.