Gürcüstan XİN Rusiyanı təxribat xarakterli hərəkətlərini dayandırmağa çağırıb

"İşğalın 14-cü ildönümündə Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirmir və işğal olunmuş rayonlarda qeyri-qanuni nəzarətini genişləndirir".

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstana qarşı qanunsuz və təxribat xarakterli hərəkətləri dayandırmağa çağırıb.

Nazirlik öz bəyanatında qeyd edir ki, Gürcüstan tərəfi Rusiya ilə münaqişəsinin sülh yolu ilə həlli siyasətini davam etdirəcək.

Xatırladaq ki, avqustun 8-də Rusiya-Gürcüstan mühraibəsinin baş verməsindən 14 il keçir.