Reuters: Qəzzada atəşkəs bu gün saat 20:00-da başlayacaq

Qəzza zolağında atəşkəs bazar günü, avqustun 7-də yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

APA xəbər verir ki, bu barədə Fələstin rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.


Bundan əvvəl agentlik İsrailin vasitəçi qismində Misirdən gələn atəşkəs təklifi ilə razılaşdığını bildirmişdi.