Donetskdə azərbaycanlı ər-arvad həlak olub - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna Ordusunun Xerson vilayəti istiqamətində əks-hücumu nəticəsində artıq beş yaşayış məntəqəsi işğaldan azad olunub. Eyni zamanda Rusiya Silahlı Qüvvələri separatçı Donetsk respublikasının hərbçiləri ilə birlikdə Ukraynaya əks-hücuma keçiblər.
Qeyd edilib ki, əks-hücumun qarşısı alınarkən Donetsk vilayətinin Slavyansk rayonunda azərbaycanlılar − Zaur Paşayev və onun həyat yoldaşı Svetlana Paşayeva həlak olublar. Onların üç övladı isə sağ qalıb.