Əfqanıstanda partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabilin şimalında yerləşən Kotali Hairhon bölgəsində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Aamaj News” məlumat yayıb.

Qeyd edilib ki, hələlik zərərçəkənlər barədə məlumat yoxdur.

Partlayış ABŞ qoşunlarının və onların müttəfiqlərinin Əfqanıstandan tamamilə çıxarılmasının ildönümünün qeyd olunması fonunda baş verib.