Ukraynada yeni dərs ili müharibənin kölgəsində başlayıb. "Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İrpin şəhərində Rusiyanın hücumu nəticəsində dağıntıya məruz qalmış məktəbə baş çəkib. Savaşa baxmayaraq, onlar təhsillərini davam etdirirlər.
V.Zelenski səlahiyyətlilərlə birlikdə məktəbə daxil olduqdan sonra mühazirələrdən birinə qatılıb. Uşaqlarla söhbət edib. Ukrayna prezidenti deyib ki, onlar müharibədən zərər çəkmiş təhsil müəssisələrinin yenidən açılması üçün çalışırlar.
O, uşaqların təhlükəsizliyini və təhsildən məhrum olmamasını təmin etmək üçün çalışdıqlarını da vurğulayıb. Rusiyanın hücumları nəticəsində Ukraynada 6 ay ərzində 2300-dən çox təhsil müəssisəsi zərər görüb.
Ukrayna hökumətinin qəbul etdiyi qərara əsasən, əyani təhsil ölkədə münaqişə olmayan ərazilərdə və yalnız sığınacaqları olan məktəblərdə aparılacaq. Digər orta təhsil müəssisələrində isə dərslər onlayn tədris olunacaq.